"Beşiktaş" rəhbərliyi klubun rəsmi açıqlamasında bildirib ki, texniki heyətin məruzəsi və idarə heyətinin qərarı ilə peşəkar futbolçular Necip Uysal və Mert Günok bundan sonrakı futbol planlamasında yer almayacaq.

Offsideplus.az xəbər verir ki, klub hər iki oyunçuya yeni komanda tapmaları barədə məlumat verib. Bildirilib ki, əgər onlar klub tapmasalar, hazırlıqlarını əsas komandanın tərkibindən kənarda davam etdirəcəklər.

Qeyd edək ki, "Beşiktaş" Akademiyasının yetirməsi olan Necip Uysal 2009–2010 mövsümündən, qapıçı Mert Günok isə 2021–2022 mövsümündən etibarən klubun heyətində çıxış edirdi.

Beşiktaş hər iki futbolçuya karyeralarının davamında uğurlar arzuladığını açıqlayıb.