Ziraat Türkiyə Kuboku C Qrupunun ilk oyununda "Fənərbağça" evdə "Beşiktaş"ı qəbul etdi.

Offsideplus.az xəbər verir ki, qonaqlar səfərdə 2:1 hesabı ilə qalib gəldi.

Oyun sürətli başladı və 33-cü dəqiqədə Vaçlav Çerni "Beşiktaş"ı önə keçirdi. 43-cü dəqiqədə Marko Asensio penalti zərbəsindən hesabı bərabərləşdirdi. Lakin matçın sonlarında, 90+1-ci dəqiqədə Vaçlav Çerni ikinci qolunu vuraraq "Beşiktaş"ın qələbəsini təmin etdi.

Bu nəticə ilə "Beşiktaş" C Qrupundakı ilk oyununda uğurlu start götürdü.