"Qalatasaray" İcraçı Komitə üzvü, məşhur agent Corc Qardi Lionel Messi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, klub prezidenti Dursun Özbekin məsələni artıq cavablandırdığını xatırladan Qardi Messinin dünya futbolunun ən böyük əfsanələrindən biri olduğunu vurğulayıb:
“Prezident Dursun Özbek özü Messi sualını artıq cavablandırdı. Mən isə bunu deyə bilərəm ki, Messi bir futbol əfsanəsidir. Bir fürsət olarsa, onun "Qalatasaray" üçün çox faydalı ola biləcəyini düşünürəm.”
Qardi əlavə edib ki, hazırda konkret bir proses olmasa da, belə bir imkan yarandığı halda klubun bunu dəyərləndirə biləcəyi istisna edilmir.



