Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Konyaspor" Recep Uçarın vəzifəsinə son verib. Onun yerinə isə Çağdaş Atan gətirilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ç. Atan cari mövsümə "Başakşəhər"in baş məşqçisi kimi başlamışdı. O, daha sonra uğursuz nəticələrə görə işini itirmişdi.
Qeyd edək ki, "Konyaspor" hazırda 14 xalla Super Liqada 8-ci yeri tutur.



