"Qalatasaray"ın müdafiəçi Vilfred Sinqo zədələnərək "Beşiktaş"la oyunda meydanı erkən tərk etməli olmuşdu.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçunun durumu məlum olub.
O, 3-4 həftə meydanlardan uzaq qalmalı olacaq. Onun ayağının arxa əzələsində zorlanma təsbit olunub.
Qeyd edək ki, Singo bu yay "Qalatasaray"a qoşulub. İstanbul klubu onun üçün "Monako"ya 30 milyon avro ödəyib.
Singo 6 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.



