Türkiyə futbolunun ən tanınmış simalarından biri, veteran baş məşqçi Fatih Terim iştirak etdiyi “Empati” proqramında diqqətçəkən açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, veriliş zamanı məşhur mütəxəssisə tez-tez səsləndirilən bir sual ünvanlanıb: “Fənərbağça niyə uzun illərdir çempion ola bilmir?”

Terim suala cavabında bunun futbolda normal bir proses olduğunu vurğulayıb:

“Bəzən belə illər olur, bəzən isə alınmır. Bu, hamımızın başına gələ biləcək bir haldır. Avropada 30–40 il çempion ola bilməyən komandalar var. Ona görə də bu qədər böyütmək düzgün deyil. Sağlam düşüncəni qorumaq üçün bu yanaşmaları şişirtməmək lazımdır.”


Əfsanəvi çalışdırıcı futbolun təbiətində uğur və uğursuzluğun daim olduğunu bildirib və tərəfdarların bu məqamı daha soyuqqanlı qəbul etməli olduğunu qeyd edib. Onun sözləri sosial mediada da geniş rezonans doğurub və azarkeşlər arasında müzakirə mövzusu olub.

Bu açıqlama ilə Fatih Terim "Fənərbağça"nın çempion ola bilməməsini tənqid deyil, futbolun təbii dövrləri kimi qiymətləndirmək lazım olduğunu vurğulayıb.