"Beşiktaş" klubu Vatslav Çernınin bu axşam İstanbulda olacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, çexiyalı futbolçu tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Bu barədə İstanbul klubu məlumat yayıb.

Çernı müqavilə ilə "Volfsburq"a məxsus idi. O, son mövsümü icarə əsasında "Reyncers"də keçirib.

27 yaşlı vinger Şotlandiya klubunda 52 oyuna 18 qol vurmağı bacarıb.