2025-26 mövsümündə Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə əsasən 2 komanda arasında olacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Football Meets Data" statistika platforması məlumat yayıb. 69% üstünlüklə "Qalatasaray"ın çempion olması gözlənilir. "Fənərbağça"da bu göstərici 30 faizdir. 0,4% "Trabzonspor", 0,3% şansla "Beşiktaş" çempion ola bilər. 

Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" 95 xalla mövsümü birinci pillədə başa vurub. "Cim-Bom"un ən yaxın izləyicisi 84 xalla Joze Mourinyonun "Fənərbağça"sı olub.