"Fənərbağça"nın "Benfika"da forma geyinən Kerem Aktürkoğlu ilə anlaşdığı barədə xəbər vermişdik.
Offsideplus.az "Milliyyet" nəşrinə istinadən xəbər verir ki, "sarı-lacivərtlər" Türkiyə milli komandasının üzvü ilə 3+1 illik müqavilə bağlayacaq, illik 5 milyon avro məvacib ödəyəcək.
Klub "Benfika"nın Çempionlar Liqasının III təsnifat mərhələsi üzrə sabah "Nitsa"ya qarşı keçiriləcək oyunundan əvvəl keçidi yekunlaşdırmaq istəyir. Belə ki, Kerem sözügedən matçda forma geyinsə, UEFA-nın qaydalarına əsasən onun "Fənərbağça"nın ÇL-də pley-off oyunlarında heyətə daxil edilməsinə icazə verilməyəcək.
Joze Mourinyonun Keremin xüsusilə "Feyenord"a qarşı revanş qarşılaşmalarında oynamasını istəyir. Buna görə də Türkiyə klubu çərşənbə - 6 avqusta qədər bu transferi bitirməyi planlaşdırır.



