Yeni klub axtarışında olan Hakan Çalhanoğlu İstanbula gəlib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüfadiəçinin adı Türkiyənin "Fənərbağça" və Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu ilə hallanır.
"İnter" ilə danışıqlar aparan "Fənərbağça"ya ərəblər rəqib çıxıb. Belə ki, "Əl Hilal"ın baş məşqçisi Simeone İnzaqi sabiq futbolçusunu komandasına transfer etmək istəyir. İtalyan mütəxəssis Hakana 3 illik müqavilə və karyerasını bitirəndə yanında köməkçi məşqçi olmaq təklifi göndərib. "Milliyyət" nəşrinin məlumatına görə, bundan sonra H.Çalhanoğlu təklifləri dəyərləndirmək qərarına gəlib.
Qeyd edək ki, hazırda Türkiyədə olan Hakan heç bir klubla anlaşmasa iyulun 23-də "İnter"in düşərgəsinə qayıdacaq.



