Viktor Osimhen üçün "Qalatasaray" və "Napoli" arasında danışıqlar davam edir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Neapol təmsilçisinin daha 2 istəyini qəbul edib: sonrakı satışdan pay və nigeriyalı futbolçunun növbəti 2 il ərzində İtaliya klubuna satıla bilməyəcəyi.
Bu barədə "Relevo" portalı məlumat yayıb.
"Qalatasaray" 75 milyon avronu ödəyəcəyinə dair həm türk, həm də xarici banklardan təminat məktubu da verəcək.
Osimhenin tək istəyi İstanbul klubuna transfer olmaqdır. O, bunu "Napoli"yə də deyib.



