"Beşiktaş" Orkun Kökçünü transfer etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi ilə 1+4 illik müqavilə imzalanıb. O, ilinə 5 milyon avro qazanacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul klubu Orkun üçün "Benfika"ya icarə məbləğ ödəməyəcək. Lakin şərtlər yerinə yetsə, gələn ilin yayında Lissabon klubuna 25 milyon avro ödənəcək. O, icarə əsasında transfer edilsə də, 1 oyuna belə çıxsa, "Beşiktaş" bu məbləği ödəməli olacaq.

24 yaşlı futbolçu yeni klubunda 10 nömrəli formanı geyinəcək.