"Qalatasaray" Viktor Osimheni birdəfəlik transfer etmək üçün "Napoli" ilə danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, bu keçid baş tutmasa, "sarı-qırmızılar"ın hədəfində 2 ad var: Randal Kolo Muani və Moyze Kin.

Bu barədə italiyalı jurnalist Marko Konterio məlumat yayıb.

M. Kinin "Fiorentina" ilə müqaviləsində 52 milyon avroluq sərbəstqalma bəndi var. Xəbərdə verilən məlumata görə "Qalatasaray" bu məbləği ödəməyə hazırdır.

Hazırda icarə əsasında "Yuventus"da çıxış edən Kolo Muani isə Klublararası Dünya Çempionatından sonra PSJ-yə qayıdacaq. Onun bazar dəyəri isə 30 milyon avrodur.