"Fənərbağça" Leroy Sane transferində "Qalatasaray"ın önünə keçib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" almaniyalı futbolçuya 14-15 milyon avro təklif edib. "Qalatasaray"ın təklifi isə 10 milyondur.
Bu barədə Almaniyanın "BILD" nəşri məlumat yayıb.
Qeyd edək ki, Sanenin "Bavariya" ilə müqaviləsi bu yay başa çatır. Münhen klubu ona bu məvacibləri ödəməyi düşünmür.