“Qalatasaray” nigeriyalı hücumçu Viktor Osimhenin transferi istiqamətində işləri sürətləndirib.

Offsideplus.az xəbər verir ki, klubun nümayəndələrinin yaxın günlərdə İtaliyaya gedərək “Napoli” rəhbərliyi ilə görüş keçirəcəyi gözlənilir.

Əldə olunan məlumata görə, Osimhenə illik 20 milyon avronu aşan məvacib təklif olunub. Təklif paketinə sponsor dəstəyi və əlavə bonuslar da daxildir.

Qeyd edək ki, 25 yaşlı futbolçu Avropanın bir neçə aparıcı klubları tərəfindən izlənilir.