"Qalatasaray" bu mövsüm icarə əsasında heyətində olan Viktor Osimheni birdəfəlik transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın nigeriyalı hücumçuya təklifi bəlli olub. Onlar 26 yaşlı futbolçuya ilinə 16 milyon avrodan 4 illik müqavilə təklif edib.

Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Osimhenlə Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubu da yaxından maraqlanır. Onlar nigeriyalıya illik 45 milyon avro məvacib önərib.

Qeyd edək ki, o, müqavilə ilə "Napoli" yə məxsusdur. Onun transfer etmək istəyən klub Neapol təmsilçisinə də 75 milyon avro ödəməlidir.