Cari mövsümü icarə əsasında "Reyncers"də keçirən Vatslav Çernı türk klublarına önərilib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı vinger həm "Beşiktaş"a, həm də "Trabzonspor"a təklif edilib.
Çex futbolçu müqavilə ilə "Volfsburq"a məxsusdur. Bundesliqa klubu onun üçün 10 milyon avro tələb edir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.
Çernı cari mövsüm "Reyncers"in heyətində 52 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib. O, Avropa Liqasında 12 görüşdə 6 qol vurmağı bacarıb.