"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun karyerasını Portuqaliya milli komandasında davam etdirməsi ehtimalı barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası J.Mourinyo ilə şifahi razılıq əldə edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Şayiələr Türkiyə mətbuatı tərəfindən yayılıb və həqiqəti əks etdirmir.
İndiki baş məşqçi Roberto Martinez ilə sözləşmənin müddəti DÇ-2026 mundialının sonuna qədərdir.



