"Beşiktaş" klubunun rəhbərliyi baş məşqçi Ule Qunnar Sulşer razılıq versə, Semih Kılıçsoyu icarəyə göndərməyə planlaşdırır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi gənc futbolçunun özünü daha çox inkişaf etdirməyini istəyir.

Növbəti mövsüm "qara qartal"ın hücum xətti yeni transfer, Çiro İmmobile və Mustafa Hekimoğludan ibarət olacaq.

Bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.

S. Kılıçsoy cari mövsüm 43 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Beşiktaş"la 2028-ci ilin yayına qədər müqaviləsi var.