"Fənərbağça"nın sabiq baş məşqçisi Verner Lorant dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 2002-ci ildə "sarı-lacivərtlər"i çalışdırmışdı.
76 yaşında dünyadan köçən mütəxəssis Türkiyədə "Sivasspor", "Kayseri Erciyesspor" və "Kasımpaşa" klublarının da sükanı arxasında olmuşdu.
O, "Fənərbağça"nın "Qalatasaray" üzərində 6:0-lıq qələbəsi ilə xatırlanırdı.