"Fənərbağça"nın forvardı Edin Ceko Bosniya və Herseqovina yığmasının Rumıniya ilə görüşündə burnunu qırmışdı.

Offsideplus.az xəbər verir ki, həm milli komandanın, həm də "sarı-lacıvərdlilər"in həkimləri 39 yaşlı hücumçunun əməliyyata ehtiyacı olmadığına qərar verib. Bu barədə "Sporx" portalı məlumat yayıb.

Ceko heç bir matçı qaçırmaq istəmədiyini baş məşqçi Joze Mourinyoya bildirib. Təcrübəli futbolçu onun üçün hazırlanacaq özəl maska ilə meydana çıxacaq.

Əgər son anda bir problem çıxmazsa, onun martın 28-də keçiriləcək "Bodrumspor"la qarşılaşmada meydanda olacağı gözlənilir.