"Qalatasaray"ın "Milan"dan transfer etdiyi ulduz futbolçu Alvaro Morata "Cim-Bom" ilə əsas hədəfini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İtaliya mediasından "Corriere dello Sport"a müsahibə verən ispaniyalı oyunçu növbəti çempionluğa hazırlaşdıqlarını bildirib:

"Hər şey yolunda gedərsə, növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcəm və bu mənim üçün çox önəmlidir. Burda beşinci ulduzu və iyirmi beşinci çempionluğu qazanmaq istəyirəm".