Türkiyə futbolunun canlı əfsanələrindən biri Arda Turan fevralın 24-də Superliqada keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyunu haqqında verilən sualı cavablayıb.

Offsideplus.az xəbər verir ki, hazırda "Eyüpspor"un çalışdıran A.Turan İstanbul derbisi barədə geniş danışmaqdan boyun qaçırıb.

"Derbi ilə bağlı heç bir şərh vermək istəmirəm" - deyə çalışdırıcı mətbuat konfransında bildirib.

Bundan başqa, o, Türkiyə Superliqasında dünən doğma divarlar arasında "Beşikrtaş"a məğlubiyyətdən (1:3) təəssüfləndiyni gizlətməyib: "Belə oyunlara daha yaxşı hazırlaşmalıyıq. Məni ən çox məyus edən indiyə qədər gördüyümüz işləri meydançada həyata keçirə bilməməyimiz oldu. Papağımızı qabağımıza qoyub düşünəcəyik. Təbii ki, avrokuboklara getmək istəyirik. Ancaq bundan ötrü doğru addımlar atmalıyıq".