“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo, liqa çempionluğu ilə Çempionlar Liqası çempionluğu arasında seçim etməli olsa, liqanı üstün tutacağını bildirib.
Offsideplus.az xəbər verir ki, Mourinyo keçmiş futbolçusu Con Obi Mikelin YouTube kanalına verdiyi müsahibədə məşhur baş məşqçiləri dəyərləndirib və İngiltərə Premyer Liqasında keçmiş rəqibləri ilə bağlı fikirlərini bölüşüb.
“Oyunçular və məşqçilər arasında müqayisə aparmaq çətindir. Məsələn, mənə “Ferqyuson mu, yoxsa Qvardiola mı daha yaxşıdır?” sualı verildi. Hər ikisi fantastikdir, amma fərqli dövrlərin və potensialların adamlarıdır. Lakin mənə görə, Premyer Liqanın ən böyük fiquru Klaudio Ranyeridir. “Lester Siti” ilə qazandığı çempionluq təkrarsızdır. “Mançester Yunayted” və “Mançester Siti” kimi komandaların ardıcıl çempionluqları gözəldir, amma “Lester”lə qazanılan titulun heç bir ‘ama’sı yoxdur,” – Mourinyo bildirib.
Portuqaliyalı mütəxəssis Supet Liqa ilə Çempionlar Liqası arasında seçim etməli olsa, liqanı üstün tutacağını bildirib:
“Liqa çempionluğu mənim üçün daha vacibdir. Çünki liqada qələbə tək bir anlıq hadisəyə və ya kritik vəziyyətə bağlı deyil. Türkiyədə vəziyyət fərqli ola bilər, amma ümumiyyətlə, ən yaxşı komanda çempion olur. Təbii ki, Çempionlar Liqası da Çempionlar Liqasıdır. Mənim bu turnirdə qazandıqlarımı əks etdirən döymələrim var, amma Premyer Liqa üçün belə bir şey etmədim.”