"Beşiktaş"ın ulduz futbolçusu zədəsini sağaldaraq geri dönüb.
Offsideplus.az xəbər verir ki, Qabriel Paulista bu gün baş tutan məşq prosesində iştirak edib. Bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım edilib:
"Paulista komanda ilə birgə qismən məşqlərə qoşulub. Oyunçumuz reablitasiya müddətinin son mərhələsindədir".