Türkiyə Super Liqasının 23-cü turunda "Qalatasaray" evində "Adana Demirspor"u qonaq edəcək.

Offsideplus.az xəbər verir ki, çempionluq yolunda ən böyük rəqibi olan "Fənərbağça" ilə xal fərqinin azalmasını istəməyən "aslanlar" var gücləri ilə mübarizə aparacaqlar. Oyun öncəsi "sarı-qırmızılılar"ın heyətində 8 itki var. Dörd oyunçu vərəqə limitinə görə üç oyunçu zədələrə görə, bir oyunçu-yeni transfer Mario Lemina isə oyun tempinə hazır olmadığı üçün heyətdə yer almayacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hüseyn Rəşadoğlu