"Beşiktaş" mövsümün əvvəlində "Çaykur Rizespor"a icarəyə verdiyi Amir Hadziahmetoviçi heyətinə qaytarmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu bosniyalı yarımmüdafiəçini geri çağırma maddəsindən istifadə edərək transfer edəcək.

Son günlərdə Çer Ndour və Əl Musrati ilə yollarını ayıran Beşiktaş, Hadziahmetoviçi heyətə qatmaq üçün "Rizespor"un orta sahəyə yeni oyunçu transfer etməsini gözləyəcək.

26 yaşlı futbolçunun Trendyol Süper Liqanın 23-cü turunda keçiriləcək "Kasımpaşa" - "Çaykur Rizespor" matçından sonra Beşiktaş forması geyinəcəyi gözlənilir.

Qeyd edək ki, Hadziahmetoviç bu mövsüm Süper Liqada 20 oyuna çıxıb, 1 qol və 1 assist edib.