"Qalatasaray"ın yeni transferi bu gün rəsmi müqavilə imzalamaq üçün İstanbula gələcək.

Offsideplus.az xəbər verir ki, "Cim-Bom"un "Vulverhempton"dan heyətinə cəlb etdiyi Mario Lemina transferdə son addımları başa vurmaq məqsədi ilə 18:30-da Türkiyəyə eniş edəcək. 

Xatırladaq ki, futbolçu daha öncə də icarə əsasında "sarı-qırmızılar"ın formasını geyinib.