"Leççe"nin üzvü Patrik Doqru karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, sağ cinah vingeri ilə "Fənərbağça" yaxından maraqlanır. Joze Mourinyo oyunçunun transfer edilməsini rəhbərlikdən istəyib. A Seriyasında çıxış edən klub 20 yaşlı oyunçu üçün 20 milyon avro tələb edir. "Leççe" bu məbləğdə güzəşt edərsə, transfer baş tuta bilər.
Qeyd edək ki, Patrik Doqru bu mövsüm 21 qarşılaşmada 3 qol vurub, 1 məhsuldar ötürmə edib.