"Qalatasaray" qış "transfer pəncərəsi"ndə heyətini ulduz futbolçularla gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin növbəti hədəfi bəlli olub. "Sarı-qırmızılar" Milan Şkrinyarla maraqlanır.
"Qalatasaray" slovakiyalını qışda icarə əsasında heyətinə qatmaq istəyir. 28 yaşlı futbolçunun PSJ ilə 2028-ci ilə qədər müqaviləsi var. İstanbul klubu mövsümün sonunda müdafiəçini birbaşa transfer etmək haqda düşünə də bilər.
Qeyd edək ki, Şkrinyar cari "futbol ili"ndə PSJ-nin heyətində cəmi 5 oyuna çıxıb.