Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, nigeriyalı ilə "Mançester Yunayted" yaxından maraqlanır.
"Qırmızı şeytanlar" "Napoli" rəhbərliyi ilə danışıqlara başlayıb. Mançester təmsilçisi Neapol klubuna əvvəlcə Coşua Zirkzeni təklif edib.
Hazırda Seriya A iştirakçısında çoxlu zədəli futbolçular var. "Napoli" Osimheni sataraq vəziyyəti düzəlmək istəyir.
"Mançester Yunayted" oyunçu üçün Neapol klubuna 70 milyon avro və Markus Reşfordu təklif etməyi düşünür.
Qeyd edək ki, Osimhen "Qalatasaray"ın heyətində bu mövsüm 13 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.