Joze Mourinyo İngiltərə klubunun baş məşqçisi olmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça"nın çalışdırıcısı hədəfindəki klub "Nyukasl"dır. Eddi Hov vəzifəsindən getsə, Mourinyo onu əvəzləməyi düşünür. Mütəxəssis Premyer Liqada işinin bitmədiyi qərarındadır və "Nyukasl"ı ən yaxşı şans kimi görür.
Portuqaliyalı mütəxəssis bir müddət öncə İngiltərədə aşağı sıralarda qərarlaşan komandanı çalışdırmaq istədiyini bildirmişdi.