"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo İstanbul klubundan ayrıldıqdan sonra harada çalışmaq istədiyini dilə gətirib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb. Portuqaliyalı mütəxəssis bunları söyləyib:

"Fənərbağça"dan ayrıldığım zaman edə biləcəyim ən doğru seçim avrokuboklarda iştirak etməyən bir kluba qoşulmaqdır. Belə ki, İngiltərənin dibində bir kluba iki ildən sonra məşqçi lazımdırsa, bu işi icra etməyə hazıram".

Qeyd edək ki, sözügedən çalışdırıcı cari mövsümdən etibarən "Fənərbağça"ya rəhbərlik edir.