Joze Mourinyo "Real Madrid"in futbolçusu Arda Gülerin "Fənərbağça"ya transferini istəyir.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis türk ulduzun transferini rəhbərlikdən tələb edib. Bu barədə "AS" nəşri məlumat yayıb. 

O, mövsümün ikinci yarısında yarımmüdafiəçini icarə əsasında komandasında görmək istəyir.

Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayında "sarı-lacivərtlər"dən "Kral klubu"na transfer olunub.