"Fənərbağça" qış transfer dövründə oyunçularından birini itirə bilər.
Offsideplus.az xəbər verir ki, komandada çıxış edən Rodriqo Bekao İtalya mətbuatına müsahibəsində maraqlı fikir səsləndirib. 28 yaşlı futbolçu gələcəkdə yenidən bu ölkədə çıxış etmək istədiyini bildirib.
Qeyd edək ki, müdafiəçinin "sarı-lacivərtlilər"lə müqaviləsi 2028-ci ilə qədərdir.