"Qalatasaray" Viktor Osimhenin maskası ilə bağlı qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" ulduz futbolçunun transferinin ardından onun maskalarından da satışa çıxarmışdı. Azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanan bu addımla bağlı yeni qərar verilib. İstanbul təmsilçisi ictimaiyyətə açıqlama verib:

"İdman qadağası gərəyi ilə maskanın oyun günlərində stadiona buraxılmayacağını bildirmək istəyirik. Qanunlara əməl etmək baxımından bu qərarın diqqətə alınmasını xahiş edirik".

Bundan sonra "Rams Park"a gedən tərəfdarlar qarşılaşmanı maskaları ilə izləyə bilməyəcəklər.