Volkan Demirel şərhçilik etdiyi proqramda "Hatayspor"da baş məşqçilik dönəminə aid transfer etirafı edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssisin "instaqram"dan DM ataraq futbolçu gətirməsini söyləməsi studiada gülüşlə qarşılanıb:
"DM-dən azı 3-4 oyunçu transfer etdim. Bəzi futbolçuları izləyirdim. Onlarla özüm əlaqə saxlamaq istəyirdim. Şəxsidən "necəsən?", "yaxşısanmı?" deyə mesaj atırdım. Cavab gələndə söhbəti uzadırdım".