"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen "Kasımpaşa" matçında ilk qollarını vursa da, əzələsindən zədə aldığı üçün ikinci hissədə oynaya bilməyib.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçunun zədəsinin ciddi olmadığını deyən baş məşqçi Okan Buruk risk etməmək üçün forvarda RFŞ matçında istirahət vermək qərarına gəlib.
Təcrübəli çalışdırıcı Avropa Liqası matçında Osimhenlə oynamayacaq və onu Super Liqada "Alanyaspor" matçında heyətə qatacaq.