"Fənərbağça" – "Qalatasaray" oyunundan (1:3) sonra Joze Mourinyo mətbuat konfransına qatılmamışdı.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi "Yunion" ilə oyun öncəsi təşkil edilən mətbuat konfransında bu məsələyə aydınlıq gətirib.
Təcrübəli mütəxəssis 24 illik karyerası boyunca heç vaxt, hətta məğlubiyyətlərdə belə, mətbuat konfranslarından yayınmadığını vurğulayıb.
"Matçdan sonra rəqibin baş məşqçisini təbrik etdim və müsahibəyə hazır idim. Amma 70 dəqiqə gözlədim və mətbuat konfransına girişimə icazə verilmədi. Bu, qəbuledilməzdir mənə hörmətsizlik edilib" – deyə Mourinyo bildirib.