"Fənərbağça"nın təcrübəli yarımmüdafiəçisi Mert Hakan Yandaş "Qalatasaray" ilə keçirilən derbidəki davranışları ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, oyun zamanı ehtiyat oyunçular skamyasında olan Yandaş ilk hissədə hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Matçın sonunda isə "Qalatasaray" futbolçuları ilə yaşanan gərginlik diqqət çəkib.
"Fənərbağça" rəhbərliyi Yandaşa aqressiv davranışlarına görə ciddi xəbərdarlıq edib. Dostlarının müdaxiləsi ilə hadisələrin böyüməsinin qarşısı alınıb və futbolçuya daha təmkinli və nəzarətli olmağı tövsiyə edilib.
Bununla yanaşı, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Mert Hakan Yandaşa tam güvəndiyini bildirib.