"Trabzonspor"un "Braqa"dan transfer etdiyi Serdar Saatçı Türkiyəyə gəlib.
Offsideplus.az xəbər verir ki, hava limanında jurnalistlərə danışan futbolçu "Beşiktaş" azarkeşlərini qıcıqlandıracaq ifadələr işlədib:
"Böyük sevinc içindəyəm. Çünki, "Beşiktaş"dan bura gəldim. Daha böyük bir kluba gəldim. Təcrübə də qazandım. İnşallah, tərəfdarlarımıza özümü ən yaxşı şəkildə göstərə bilərəm. Ümid edirəm ki, əvvəlki Avni Aker ruhunu geri gətirərik. Azarkeşlərimizlə birlikdə ordan heç kimin çıxa bilməyəcəyini göstərərik".
Qeyd edək ki, Serdar Portuqaliya klubu "Braqa"dan öncə Super Liqa təmsilçisi "Beşiktaş"ın formasını geyinib.