"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Arda Gülər barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis türk yarımmüdafiəçi haqda bu sözləri deyib:

"Real Madrid"də oynamaq üçün xarakter çox vacibdir. Arda Gülər də böyük şəxsiyyət olduğunu göstərir. Yüksək səviyyəli oyunçudur. Öyrənmək üçün Ançelotti böyük baş məşqçidir. Arda fantastik gələcəyə doğru irəliləyir".