Türkiyə millisi Millətlər Liqasının 2-ci turunda İslandiyanı 3:1 hesabı ilə məğlub etdi.
Offsideplus.az xəbər verir ki, görüşdə Kerem Aktürkoğlunun het-triki ön plana çıxsa da, "Benfika"nın baş məşqçisi Bruno Lagein diqqətini İsmail Yüksek çəkib.
Mütəxəssis "Fənərbağça"nın üzvünün oyununu bəyənib. "Fanatik"in xəbərinə görə, məşqçi rəhbərlikdən oyunçunun transfer edilməsini istəyib.
Portuqaliya nəhəngi İsmayıl Yüksek üçün qış transfer pəncərəsində "Fənərbağça"ya rəsmi müraciət etməyi planlaşdırır.