Joze Mourinyo Türkiyə futbolunda hakim problemi barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, "Türkiyədə sadəcə "Qalatasaary" vərəqə görmür", sözlərinin ardınca portuqaliyalı mütəxəssis bu sözləri deyib:

"Məncə, onlara qarşı fərqli baxış bucağı var. Mənim üçün düzgün olmayan bir şeydir. Çünki, məncə 90 dəqiqə ərzində hər kəs eynidir. Qvardiola da olsun, Ançelotti də olsun. Bir neçə həftəlik gənc baş məşqçilər üçün də qaydalar eynidir. Messi, Kristiano da gəlsin, qaydalar hamı üçün eynidir. Klubun statusu fərq yaratmır. "Qalatasaray"ın oyunlarına baxdıqda fərqlilik var. Bu, liqanın etibarlılığına zərbə vurur. 

Səfərdə "Göztəpə" ilə 2:2 hesabla heç-heçə edəndə hakimi təbrik etdim, amma 5:0 qalib gəldiyimiz oyunda hakimi tənqid etdim. Çünki ilk hissədə verilən qərarlar qəbulolunmazdır. O hakimi "Qalatasaray"ın oyununda da gördüm, qara və ağ qədər fərqli idi. "Fənərbağça" üçün çalışıram, amma eyni zamanda Türkiyə və liqa üçün də çalışıram".

Qeyd edək ki, "Fənərbağça" Türkiyə Super Liqası çərçivəsində sentyabrın 15-də "Kasımpaşa" ilə, 21-də isə "Qalatasaray"la qarşılaşacaq.