"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyonun açıqlamalarına cavab verib.

Offsideplus.az xəbər verir ki, Mourinyonun psixoloji müharibəyə başladığını ifadə edən mütəxəssis "Lazım olmadıqca cavab verməyəcəyəm" deyib. 

Mourinyo "Alanyaspor" matçından sonra "Qalatasaray"ı tənqid edərək "Türkiyədə yalnız "Qalatasaray" vərəqə almır" demişdi. 

Buruk "Hər kəs öz komandasının qayğısına qalmalıdır, bu, hər kəs üçün daha yaxşıdır" deyib və həftələr irəlilədikcə rəqabətin artacağını vurğulayıb.