"Hannover" "Qalatasaray"ı Derrik Köhnün transfer hissələri ilə bağlı FİFA-ya müraciət edəcəyi ilə hədələyib.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray" 4 milyon avroluq transfer məbləğinin 2,5 milyon avrosunu hələ də ödəməyib. "Hannover" "sarı-qımızılılar"a xəbərdarlıq edərək, qalan borcun hissə-hissə ödənilməsi tələbini qəbul etməyib.

İstanbul nəhəngi ötən mövsüm Köhnü 3,35 milyon avroya transfer edib və futbolçu 18 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.