Super Liqa nəhəngləri “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray” Yusuf Yazıcı uğrunda mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi qərarını verib. Məlumatı Türkiyə mətbuatı yayıb. 27 yaşlı futbolçu seçimini “Qalatasaray”dan yana edib.
Tərəflərin razılığa gəldiyi və İstanbul nəhənginin bu transferi yaxın zamanlarda tamamlamaq istədiyi bildirilib.
Qeyd edək ki, son olaraq Fransanın “Lill” klubunda çıxış edib. O, hazırda azad agentdir.