Çiro İmmobile karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, italiyalı futbolçu "Beşiktaş"la anlaşıb. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Sözləşmənin müddəti 2026-cı ilədək olacaq.

Futbolçu "Latsio" klubu ilə vidalaşıb və sabah İstanbulda tibbi müayinədən keçəcək.