Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo karyerasını "Santos"da davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Barselona" və "Liverpul"un sabiq oyunçusu yeni klubu ilə 2026-cı ilin sonuna qədər müqavilə imzalayacaq. Koutinyo sabah tibbi müayinədən keçəcək. 34 yaşlı futbolçu "Vasko da Qama"dan ayrıldıqdan sonra azad agent statusunda idi.


