Joze Mourinyo "Fənərbağça" klubunun transfer pəncərəsindəki iş prinsipi barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu sözləri deyib:

"Heç bir komanda transfer pəncərəsində çempion ola bilməz. Çempionluq aprel-may ayında qazanılır. Bilirəm ki, mətbuatda, internetdə çox şey xəbər edilir. Bunlara sərf edəcək vaxtım yoxdur. Mən tamamilə işimə fokuslanmışam".